Accessibility links

Pasxa bayramı başlayan gün Qəzzadan atılan raketlər gərginliyi daha da artırıb


Fələstinli militantlar cümə axşamı səhər saatlarında, bir-birinin ardınca olan bayramların həssas dövründə ardıcıl ikinci gündür zorakılıqların davam etdiyi bir vaxt hava hücumu sirenlərini işə salaraq, İsrailin cənubuna silsilə raket zərbələri endirib.

İsrail ordusu Qəzza zolağından atılan 7 raketin hamısının havada partladılğını bildirib. Raket hücumlarının məsuliyyətini heç bir qrup üzərinə götürməyib.

Raket hücumları Qüdsün ən həssas müqəddəs məkanı olan Əl-Əqsa məscidində daha bir gərgin gecədən sonra həyata keçirilib. İsrail polisi ilə məsciddə gecələmək istəyən müsəlman ibadətçilər arasında qarşıdurma olub.

Ramazan ayı martın 22-də başladığından bəri çox sayda müsəlman dəfələrlə məsciddə gecələməyə çalışıb. Buna adətən yalnız bir aylıq bayramın son 10 günü ərzində icazə verilir. İsrail polisi ibadət edənləri məsciddən çıxarmaq üçün gecələr gecələr oraya gəlir. Lakin çərşənbə axşamı hadisə yerində zorakılıq baş verib.

İbadət edənlər polisə daş və fişənglər atıb. Polis onları döyüb və nəticədə onlarla insan xəsarət alıb. Yüzlərlə insan həbs edilib.

Çərşənbə günü İsrail polisi həbslər etməsə də, lakin bəzi fələstinliləri saxlayıb və sorğu-sual edib.

Fələstinin Qızıl Aypara təşkilatı çərşənbə günü məscidin ərazisinə buraxılmadığını, lakin döyümə, rezin güllələr və səsli qumbaralar səbəbindən təcili yardım sürücüsü də daxil olmaqla, onlarla insanın yaralandığını bildirib.

Yəhudilər bir həftəlik Pasxa bayramına başladığı, Köhnə Şəhərdə yüzlərlə xristianın Müqəddəs cümə günü son .am yeməyini qeyd etmək üçün Müqəddəs Qəbirdə toplaşdığı və müsəlmanların müqəddəs Ramazan ayını qeyd etdiyi bir vaxt atılan raketlər təhlükənin böyüməsi qorxusunu daha da artırıb.

XS
SM
MD
LG