Accessibility links

İsraildə bıçaqla hücum nəticəsində 3 nəfər həyatını itirib


İsrail polisinin bildirdiyinə görə, bu gün də bıçaqlama səbəbindən azı iki nəfər mülki vətəndaş dünyasını dəyişib.

Rəsmilər hücumlardan birinin Qüdsün sərnişin avtobusunda baş verdiyini bildirib. İsrailin Daxili İşlər Nazirliyinin məlumatında odlu silah və bıçaqla sərnişinlərə hücum edərək bir nəfəri öldürən, azı dördünü yaralayan iki nəfər hücumçunun hadisə yerində güllələndiyi deyilir.

Qüdsün başqa bir hissəsində isə avtomobildə olan şəxs maşını avtobus dayanacağındakı insanların üzərinə sürüb, bundan sonra maşından çıxaraq, insanları bıçaqlamağa başlayıb. Hücum zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Bu hücumçü da hadisə yerində öldürülüb..

Rəsmilər üçüncü hücumun Tel-Əviv yaxınlığında, Raanana yaşayış mıntəqəsində baş verdiyni, orada da hücumçunun avtobus dayanacağındakı insanlara bıçaqla hücum etdiyini, lakin polis tərəfindən həbs edildiyini bildirilib.

Vaşinqtonda Ağ Ev "İsrail vətəndaşlarına qarşı terror hücumlarını" pisləyərək, istər fələstinli, istərsə də israillilər arasında insan həyatının itirilməsini kədər hissi ilə qarşıladığını ifadə edib.

Son iki həftə ərzində fələstinlilərin hücumları zamanı azı 7 israilli qətlə yetirilib, təxminən 25 nəfər insan yaralanıb. Bu hücumlara cavab olaraq çoxu İsrail polisi tərəfindən olmaqla 25 fələstinli öldürülüb.

XS
SM
MD
LG