Accessibility links

İsrail digər ölkələrin də ABŞ-ın atdığı addımı atacağına əmin olduğunu deyir


İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatların Qüdsü İsrailin paytaxtı olaraq tanımasından sonra digər dövlətlərin də bunu edəcəyinə və ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra onların da həmin addımı atacağına əmin olduğunu deyib.

İsrailin Xarici İşlər Nazirliyində danışan cənab Netanyahu hökumətinin bu məsələ ilə bağlı digər ölkələrlə əlaqə saxladığını desə də, səfirliklərini Qüsdə köçürmək istəyən ölkələrin adını çəkməyib.

Türkiyə prezidenti müqəddəs Qüds şəhərini İsrailin paytaxtı elan etməklə ABŞ prezidenti Trampın Yaxın Şərqi alov içərisinə atdığını deyib. "Belə bir addım atmaqla o, regionu alov içərisinə atıb. Ai Tramp, sən nə etməyə çalışırsan? Bu necə yanaşmadır? Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçündürlər" deyə, cənab Ərdoğan bildirib.

İsrail mümkün hücumlardan ehtiyat edərək, işğal olunmuş İordan çayının Qərb Sahilinə əlavə qoşun yerləşdirib.

Donald Trampın Qüsd şəhərini İsrailin paytaxtı elan etməsi və Tel-Əvivdəki səfirliyini bu şəhərə köçürməsi barədəki qərarı Fələstin liderlərinin kəskin tənqidinə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG