Accessibility links

İsrail və Fələstin nümayəndələri Vaşinqtondadır [Yenilənib]


ABŞ prezidenti Barak Obama İsrail və Fələstin müzakirəçiləri ilə qapalı görüşlər keçirib.

İsrail və Fələstin müzakirəçiləri üç ildən sonra birbaşa sülh danışıqlarını bərpa etmək məqsədilə bazar ertəsi Vaşinqtonda şam yeməyində bir araya gəlib.

Müzakirəçilər bir araya şam yeməyinə ev sahibliyi edən ABŞ dövlət katibi Con Kerrinin hər iki tərəfi əsaslı kompromisə çağırmasından sonra gəlib. Cənab Kerri məsələnin çox ciddi, mürəkkəb və emosional olduğunu deyərək, müzakirələrin nəticəsiz qala biləcəyini bildirib.

Con Kerri bu gün bildirib ki, müzakirəçilər iki həftədən sonra yenidən görüşməyə razılıq verib və o, gələn 9 ay ərzində sülh razılığının əldə edilməsinə yardım edəcək.

Müzakirələrdə İsrailin ədliyyə naziri Tzipi Lİvni, Fələstinin baş müzakirəçisi Saib Erekar iştirak edir. Birləşmiş Ştatların İsraildəki sabiq səfiri Martin İndika isə ABŞ Dövlət Departamentini təmsil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG