Accessibility links

İsrail İordan çayının Qərb sahilində yeni inşalar barədə sərəncamı təsdiq edib


İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı İordan çayının Qərb sahilində 2500 yeni evin inşa edilməsi barədə zərəncamı təsdiq edib. Evlərin çoxu insanların məskunlaşdığı ərazilərdə tikiləcək.

Müdafiə naziri Aviqdor Libermanın ofisi tərəfindən açıqlanan bəyanatda hökumətin yeni tikililərin evə ehtiyacı olanlar üçün Ramallah yaxınlığındakı Beyt Əl qəsəbəsində və digər ərazilərdə inşa ediləcəyini təsdiq etdiyi deyilir.

Fələstinlilər bəyanata münasibət bildirərərk, İsraili sülh prosesinə qarşı çıxmaqda və yaşayış məntəqələrinin genişlənməsi əleyhinə olan beynəlxalq ictimaiyyətə meydan oxumaqda günahlandırıb.

Fələstin prezidenti Mahmud Abbasın mətbuat katibi Nabil Əbu Rdaneh dünya ölkələrini yeni məskunlaşmaya qarşı real və ciddi mövqe tutmağa çağırıb.

XS
SM
MD
LG