Accessibility links

İsraillilər qisasa çağırır


İordan çayının qərb sahilində bir yəhudinin silahlı fələstinli tərəfindən qətlə yetirilməsindən sonra israillilər qisasa çağırıb.

Nablus şəhəri yaxınlığındakı Havat Guilad yaşayış məntəqəsinə yaxın, yəhudilərin qeyri-qanuni məskunlaşdığı yerdə bir neçə güllə yarası alaraq ölən şəxs çərşənbə günü dəfn edilib.

İsrail əsgərləri Nablus ətrafındakı yolları bağlayıb və fələstinlilərin yaşadığı kəndləri mühasirəyə alıb.

Birləşmiş Ştatların İsraildəki səfiri Devid Fridman Raziel Şivahın fələstinli terrorçular tərəfindən soyuqqanlılıqla öldürüldüyünü deyib.

Fələstinlilər yəhudi məskunlaşmalarına baxmayaraq, İordan Çayının Qərb Sahilini gələcək dövlətlərinin bir hissəsi kimi görür. İsrail hökuməti tərəfindən biri təsdiq. digəri rədd edilən bu şərtlər sülh prosesinin əsas maneələridir.

XS
SM
MD
LG