İsrail təhlükəsizlik qüvvələri cümə axşamı bir neçə saat davam edən axtarışdan sonra Tel-Əvivdə bir barda atəş açaraq iki nəfəri öldürməkdə və bir neçə nəfəri yaralamaqda şübhəli bilinən bir fələstinlini tapıb öldürdüklərini bildirib.
Rəsmilərin bildirdiyinə görə, həmin şəxs Yaffa məhəlləsindəki məscidin yaxınlığında tapılıb.
İsrailin təhlükəsizlik agentliyi Şin Bet şübhəlinin işğal altındakı İordan çayının Qərb Sahilindəki Cenin şəhərinin 28 yaşlı sakini olduğunu müəyyən edib.
Barda baş verən hücumun video görüntülərində polisin hadisə yerinə gələrək, silahlarını binanın yuxarı mərtəbələrinə doğrultduğunu və partlayışın baş verdiyini görmək olub.
Barda baş verən atışmadan bir neçə saat sonra yüzlərlə İsrail polisi, ordunun xüsusi təyinatlıları və itlər Təl-Əvivin mərkəzindəki məhəllələrdə atəş açan şübhəlini axtarıb.
Hücumun səbəbi aydın deyil. Lakin son zamanlar İsraildə fələstinlilərin oxşar hücumlar zamanı 11 nəfəri öldürməsindən sonra gərginlik artıb.
Silahlı hücum 2016-cı ildə bir ərəb vətəndaşının iki israillini öldürdüyü və bir neçə nəfəri yaraladığıi Dizenqoff küçəsində baş verib.
Son həftələr İsrail, Fələstinli və İordaniya liderləri ölkədəki gərginliyi azaltmaq və Qəzzə zolağında minlərlə fələstinliyə iş icazəsi vermək məqsədi ilə çox sayda görüş keçirib.