Accessibility links

Mahmud Abbas Fələstin dövlətinin tanınması səylərini davam etdirir


Mahmud Abbas Fələstin dövlətinin tanınması səylərini davam etdirir
Mahmud Abbas Fələstin dövlətinin tanınması səylərini davam etdirir

Fələstinlilərin prezidenti Mahmud Abbas Nyu-Yorkda BMT-də Fələstin dövlətinin tanınması üçün səyləri davam etdirərək, bu gün Fransa prezidenti Nikola Sarkozi və Britaniyanın Xarici İşlər naziri Vilyam Heyqlə görüşür. Fələstinlilər İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin liderinə onunla Nyu-Yorkda görüşüb sülh danışıqlarını davam etdirmək təfliflərinə cavabı hələ açıqlamayıblar. Cənab Netanyahu bazar ertəsi Fələstin liderinə müraciət edərək, BMT-nin Baş Assableyasının illik sessiyasında onunla birbaşa danışıqlar aparmaq və müzakirələri sonra Qüdsdə və İordan çayının Qərb sahilindəki Ramallah şəhərində davam edtdirmək təklifini vermişdir. İsrail liderinin çağırışı Fələstin dövlətinin BMT-də tanınması səylərinə dayandırmaq üçün cənab Abbasa təzyiqi artırır, lakin cənab Netanyahunun fələstinlilərin tələbləri ilə razı olub-olmayacağı məsələsinə aydınlıq gətirmir.

XS
SM
MD
LG