Accessibility links

Mahmud Abbas BMT-də Fələstin dövlətinin tanınması səylərini davam etdirmək əzmindədir

Fələstinlilərin prezidenti Mahmud Abbas
Fələstinlilərin prezidenti Mahmud Abbas

Fələstinlilərin prezidenti Mahmud Abbas Fələstin dövlətinin BMT-də tanınması üçün səyləri davam etdirməyə söz verib. Bu, ABŞ və Avropa diplomatları Yaxın Şərqdə sülh perspektivlərinə mane ola biləcək prosesin qarşısını almağa çalışdığı vaxt baş verir. BMT-nin Baş katibi Ban Ki Mun cənab Abbasla bu gün Nyu-Yorkda görüşüb. BMT-nin verdiyi məlumata görə, baş katib cənab Abbasa fələstinlilərin dövlətin tanınması haqda birtərəfli təklifindənsə, danışıqlara daha çox üstünlük verdiyini deyib. Lakin cənab Abbas öz fikrində qətidir. O bu gün müxbirlərə deyib ki, ABŞ və İsrailin addımın sülh danışıqlarına mane ola biləcəyi haqda xəbərdarlıqlarına baxmayaraq, Fələstin dövlətinin tanınması səylərini davam etdirəcəyini deyib.

This item is part of
XS
SM
MD
LG