Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrail əsgərləri cümə axşamı işğal altındakı İordan çayının qərb sahilində keçirdikləri reyd zamanı iki fələstinlini öldürüb.
Fələstin Səhiyyə Nazirliyi Cavad Bəvaqna və Adəm Cabari İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərində güllələndiyini bildirib.
Fələstinin rəsmi "Vəfa" xəbər agentliyi Bəvaqnanın məktəb müəllimi olduğunu yazıb. "Əl-Əqsa Şəhidləri Briqadası" qrupu isə Cabarinin onun döyüşçülərindən biri olduğunu bildirib.
İsrail ordusundan şərh verilməyib.
İsrail İordan çayının qərb sahilində tez-tez gecə reydləri keçirir. Bu, İsrailin militant şəbəkələri məhv etmək və hücumların qarşısını almaq səylərinin bir hissəsidir.
2023-cü il başlayandan bəri İsrail hərbçiləri İordan çayının qərb sahilində 17 fələstinlini qətlə yetirib.
Yanvarın əvvəlində Fələstinin səhiyyə rəsmiləri İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin yaşadığı Kəfr-Dan kəndində keçirdikləri reyd zamanı iki fələstinlini öldürüb.
İsrail ordusu sentyabr ayında atışma zamanı bir İsrail əsgərini öldürən iki fələstinli silahlının evlərini sökmək üçün bazar günü axşam saatlarında Kəfr-Dana daxil olduğunu bildirib. Hərbçilərin dediyinə görə, əsgərlər güclü atəşə tutulub və cavab atəşi açıb.