Accessibility links

İsraildə deputatlar parlamentin buraxılmasına səs verib


Mayın 30-da İsraildə deputatlar parlamentin buraxılmasına səs veriblər. Baş nazir Benyamin Netanyahu koalisiya hökuməti qura bilmədiyindən yeni parlament seçkiləri keçiriləcək.

Netanyahu sentyabrın 17-də yeni səsvermə keçirilməsinə üstünlük verib. Buna alternativ olaraq, Prezident Reuven Rivlin başqa bir siyasətçidən hakim koalisiyanı formalaşdırmağı xahiş edə bilərdi.

9 aprel seçkisində Netanyahu-nun sağ-qanad Likud partiyası daha çox səs yığmışdı.

“Biz qalib gələcəyik”, o deyib.

“Reuters” təkrar seçkilərin döyüşkən liderə zərbə olduğunu yazır. O, son on ildə hakimiyyətdə olub, ancaq üç korrupsiya işi çərçivəsində ona ittihamlar irəli sürülüb. Netanyahunun mümkün müttəfiqləri keçmiş müdafiə naziri Aviqdor Liberman və ultra-ortadoks yəhudi partiyaları arasında hərbi çağırışla bağlı narazılıq yaranması durumu qarışdırıb.

Həmin partiyalar gənc ruhanilərin məcburi hərbi xidmətdən azad olunmasını istəyir. Liberman və bir çox israilli isə onların da bu yükü daşımalı olduğunu düşünür.

42 gün ərzində hökuməti formalaşdıra bilməyən Netanyahu kənara çəkilmək əvəzinə Knessetin buraxılmasına nail olub, Libermanı onu devirməyə çalışmaqda ittiham edib. Liberman ittihamı rədd edib.

Yeni seçki, sonradan koalisiya qurulması noyabradək çəkə bilər. Bu isə Birləşmiş Ştatların İsrail-Fələstin münaqişəsinin həlli üzrə planının daha da yubanması deməkdir.

Fələstinlilər Trampın “əsrin sazişi” adlandırdığı planı rədd edib, onu özlərinin dövlətçilik ümidlərinə zərbə sayıb.

“İndi bu, artıq gələn əsrin sazişidir”, Fələstinin danışıqlarda əsas təmsilçisi Saeb Erekat yeni seçkilər təyin olunandan sonra İsrail radiosuna deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG