Accessibility links

İsrail prezidenti hökuməti məhkəmə islahatları planından imtina etməyə çağırıb


İsrail prezidenti İsaak Hersoq bazar ertəsi baş nazir Benyamin Netanyahunu ölkənin məhkəmə sistemində əsaslı islahatlar planlarından imtina etməyə çağırıb. Ölkənin ən böyük həmkarlar ittifaqı təklif edilən dəyişikliklərə etiraz olaraq etiraz aksiyaları keçirib.

Herzoq Twitter hesabında İsrailin təhlükəsizliyi, iqtisadiyyatı və cəmiyyətinin təhlükə altında olduğunu və birlik naminə hökuməti "qanunvericilik prosesini dərhal dayandırmağa" çağırdığını bildirib.

O, həm hakim koalisiya, həm də müxalifət partiyalarından olan qanunvericiləri İsrail vətəndaşlarını hər şeydən üstün tutmağa çağıraraq, bunun liderlik və məsuliyyət anı olduğunu bəyan edib.

Histadrut həmkarlar ittifaqının tətil etməsilə yanaşı, həkimlərin ən böyük həmkarlar ittifaqı məhkəmə sistemində əsaslı dəyişikliklər planına etirtaz olaraq tətilə çıxdığını bildirib, ölkənin əsas beynəlxalq hava limanında isə uçuşlar dayandırılıb.

Bazar ertəsi aksiyalar Netanyahunun müdafiə nazirini işdən çıxarmaq qərarına etirazını bildirmək üçün ölkənin müxtəlif bölgələrində on minlərlə insanın küçələrə çıxmasından sonra baş verib.

Nazir Yoav Qalant hökumətin Ali Məhkəmənin hakimlərinin təyin edilməsi üzərində icra hakimiyyətinə nəzarətin verilməsi və hökumətin sadə səs çoxluğu ilə məhkəmə qərarlarını ləğv etməsinə icazə verməsi də daxil olmaqla məhkəmə islahatları planlarına qarşı olduğunu bildirib.

Qalant şənbə günü televiziya ilə verdiyi açıqlamada məsələlərlə bağlı fikir ayrılıqlarının "hərbi və təhlükəsizlik orqanlarına sızdığı" ilə bağlı xəbərdarlıq edərək, bunun ölkənin təhlükəsizliyə hədə olduğunu deyib.

İnsanlar nümayişə İsrailin baş naziri Benyamin Netanyahunun millətçi koalisiya hökuməti martın 25-də məhkəmə sistemində əsaslı islahat işləri apararacağını elan etməsindən sonra çıxıb.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson bazar günü verdiyi açıqlamada vəziyyətdən narahatlığını ifadə edərək, İsraildəki hadisələrin "təcili kompormisə ehtiyac olduğunu" nümayiş etdirdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG