Bu gün İsraildə növbəti baş naziri müəyyən edəcək seçkilər keçirilir. Rəy sorğuları sağ cinah Likud Partiyasından baş nazir Benyamin Netanyahunun mərkəzçi Mavi və Ağ Partiyasından namizəd Benni Qantzla olduqca yaxın yarışdığını göstərir.
Lakin onların heç birinin 120 yerlik Knessetdə əksəriyyət əldə edəcəyi gözlənilmir.
İsrail parlamentində 10 partiya yer ala bilər.
İsrailin uzunmüddətli lideri Netanyahu korrupsiya ittihamlarına baxmayaraq, 5-ci dəfə baş nazir seçilmək üçün ciddi siyasi mübarizə aparır.
ABŞ-ın da İsrail seçkiləri ilə birbaşa əlaqəsi var. Belə ki, seçkilərdən dərhal sonra Tramp administrasiyası İsrail-Fəslətin sülh planını açıqlamalıdır.