Accessibility links

İsrailin hava hücumları zamanı Dəməşqdə azı iki nəfər ölüb


Suriyanın çərşənbə günü bildirdiyinə görə, İsrailin hava hücumları zamanı zərbələrdən biri Dəməşqdə yaşayış binasına dəyib və azı iki nəfər ölüb.

Suriya dövlət mediası zərbələrin təhlükəsizlik və hərbi qərargahlarının da yerləşdiyi Kfar Sous məhəlləsinə endirildiyini bildirib.

Son illər Suriyada çoxsaylı hava hücumları həyata keçirən İsrail orsusu hücumlarla bağlı dərhal şərh verməyib.

İsrail zərbələri ilə bağlı məlumatları nadir hallarda etiraf etsə də, Suriyadakı əməliyyatlarının İranın dəstəklədiyi qüvvələri hədəf aldığını bildirib.

Çərşənbə günü edilən hava hücumu 2023-cü ilin fevralında da eyni məhəlləyə edilmiş və bir neçə iranlı hərbi ekspertin ölümünə səbəb olmuşdu.

Forum

XS
SM
MD
LG