Accessibility links

İsrail Suriyada İranın 50-dən çox hədəfini vurdu


Suriyada İranla İsrail arasında ciddi qarşıdurma baş verir.

İsrail Suriyada 50-dən İran hədəfinə qarşı şiddətli hücum həyata keçirib. İsrail ordusu bildirib ki, Hava Qüvvələri İran qüvvələrinin istifadə etdiyi silah-sursat anbarları, müdafiə mövqeləri və kəşfiyyat mərkəzlərini vurub.

İsrailin döyüş təyyarələrinə hücum zamanı raketlər həmçinin Suriyanın bir neçə hava müdafiə sistemini də dağıdıb.

İsrail İran qüvvələrinin Qolan yüksəkliklərindəki mövqelərinə 20 raket atdığını biləndən sonra havadan hücum həyata keçirib.

İranın Suriyadakı hərbi infrastrukturunu büsbütün dağıtmışıq.
Aviqdor Liberman, İsrail müdafiə naziri

Müdafiə naziri naziri Aviqdor Liberman deyib ki, İsrailin “tamamilə aydın siyasəti” var. Onun sözlərinə görə, İsrail İrana Suriyanı İsrailə qarşı hərbi bazaya çevirməyə icazə verməyəcək.

Liberman deyib ki, İsrail İranın “təkəbbürünə” cavab olaraq, İranın Suriyadakı infrastrukturunun, demək olar, hamısını dağıdıb.

Sakinlər və fəallar cümə axşamı səhər saatlarında Suriyanın paytaxtı Dəməşqdə partlayış səsləri eşidib.

Qolan Təpəliklərində cəmləşmiş İsrail tankları döyüşə hazır vəziyyətdədir.
Qolan Təpəliklərində cəmləşmiş İsrail tankları döyüşə hazır vəziyyətdədir.

Dövlət SANA xəbər agentliyi bildirib ki, raketəleyhinə sistemlər onlarla raketi zərərsizləşdirib. Lakin bəzi raketlər bir çox obyekti hədəf ala bilib.

İsrail kəşfiyyatı prezident Donald Tramp ABŞ-ı İran ilə nüvə razılaşmasından çıxardıqdan sonra İrandan belə bir reaksiyanı gözlədiyini bildirib.

Ağ Ev İsrailin özünü-müdafiə hüququnu tam şəkildə dəstəklədiyini bəyan edib.

XS
SM
MD
LG