Accessibility links

İsrail vətəndaşlarına İstanbula səyahətdən yayınmağa çağırır


İsrail bazar ertəsi öz vətəndaşlarını İstanbula səyahət etməkdən yayınmağa, orada olanlara isə vətənə qayıtmağa çağırış edib. Hökümət Mayın 30-da Türkiyəyə səyahətlə bağlı tövsiyəni kəskinləşdirərək, İranın istirahət edən israilliləri öldürmək və ya qaçırmaq cəhdləri ilə təhdid etdiyini bildirib.

Xarici işlər naziri Yair Lapid İsrail təhlükəsizlik qüvvələrinin "böyük səy"ləri nəticəsində "son həftələrdə İsraillilərin həyatının xilas edildyini" və Türkiyə hökumətinə verdiyi töhfəyə görə təşəkkür edib.

O, məsələ ilə əlaqədar əlavə məlumat verməyib. İsrail təhlükəsizlik rəsmisi Reuters agentliyinə bildirib ki, Türkiyə İran İnqilabı Keşikçiləri Korpusunun bir neçə şübhəli əməliyyatçısını həbs edib.

"İsrailliləri İstanbula uçmamağa çağırırıq və həyati vacib səbəbiniz yoxdursa, Türkiyəyə uçmayın. Əgər artıq İstanbuldasınızsa, mümkün qədər tez İsrailə qayıdın" - deyə, Lapid televiziya ilə yayımlanan açıqlamasında bildirib. O, həmçinin əlavə edib ki, "bu terror təhdidləri istirahətdə olan israilliləri hədəf almaq məqsədi daşıyır. Onlar qaçırmaq və ya öldürmək məqsədilə təsadüfi, lakin düşünülmüş şəkildə İsrail vətəndaşlarını seçirlər".

O, iranlılara da müraciət edərək deyib ki, "mən buradan iranlılara da mesaj vermək istəyirəm. Kim israilliləri incitsə, bundan yaxa qurtara bilməz. Harada olursa-olsun İsrailin uzun qolu onları tapacaq".

Rəsmi Tehran mayın 22-də motosikletdəki iki nəfər tərəfindən avtomobilinin sükanı arxasında güllələnərək öldürülən İran İnqilabı Keşikçiləri Korpusunun polkovniki Həsən Sayad Xodaininqisasının günahkar saydığı İsraildən alacağına söz verib.

İsrail sui-qəsd ittihamları ilə bağlı standart siyasətini təkrar edərək hücumu nə təsdiq, nə də təkzib edib. İsrail Xodaini bütün dünyada öz vətəndaşlarına qarşı hücumlar hazırlamaqda ittiham edirdi.

Türkiyə israillilər üçün populiyar turizm məkanıdır. İki ölkə münasibətlərini on ildən çox davam edən gərginliklərdən sonra bərpa edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG