Accessibility links

İsrail Müharibə kabinetinin üzvü müharibədən sonrakı dövr üçün plan qəbul edilmədiyi halda istefa verəcəyini deyir


Benni Qantz
Benni Qantz

İsrailin üç üzvdən ibarət Müharibə kabinetinin mərkəzçi üzvü Benni Qantz şənbə günü hökumət üç həftə içində Qəzzadakı müharibə ilə bağlı yeni plan qəbul etmədiyi təqdridə hökumətdən istefa etməklə təhdid edib. Belə bir addım atıldığı halda, Baş nazir Benyamin Netanyahu ultra-sağçı müttəfiqlərinə arxalanmalı olacaq.

Qantzın təhdidi İsrailin HƏMAS-ı məhv etmək və 7 oktyabr hücumunda qaçırılan girovları geri qaytarmaq məqsədinə çatmadığı yeddi aydır davam edən müharibədə İsrail rəhbərliyi daxilindəki parçalanmanı daha da artırır.

Qantz onlarla girovun qaytarılması, HƏMAS-ın hakimiyyətinə son qoyulması, Qəzza zolağının hərbsizləşdiriməsi və mülki məsələlər üzrə beynəlxalq idarənin yaradılmasının daxil olduğu altı bənddən ibarət planı təqdim edib. Onun planı həmçinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasını dəstəkləyir.

O deyib ki, plan iyunun 8-dək qəbul edilməsə, o, hökumətdən istefa edəcək.

“Əgər siz fanatiklərin yolunu seçsəniz və bütün xalqı uçuruma aparsanız, biz hökumətdən getməyə məcbur olacağıq” - deyə o, bildirib.

Populyar siyasətçi və Netanyahunun uzun-müddətdir rəqibi olan Qantz müharibənin ilk günlərində onun koalisiyası və Müharibə kabinetinə daxil olub.

Keçmiş hərbi qərargah rəisi və müdafiə nazirinin gedişi ilə Netanyahu atəşkəs və girov mübadiləsi ilə bağlı danışıqlarda sərt mövqe tutan və İsrailin Qəzzanı işğal etməli və orada yəhudi yaşayış məntəqələri qurmalı olduğuna inanan ultra-sağçı müttəfiqlərindən asılı vəziyyətdə olacaq.

Qantzın açıqlaması müharibə kabinetinin üçüncü üzvü, İsrail müdafiə naziri Yoav Qallantın açıq bir şəkildə kabineti dəfələrlə müharibədən sonra yeni fələstinli mülki rəhbərliyinin yaradılmasını özündə ehtiva edən Qəzza ilə bağlı plan üzərində qərar verməyə çağırdığını deməsindən sonraya təsadüf edib.

Netanyahu bir neçə cəbhədən artan təzyiqlə üzləşir. Onun hökumətindəki sərt xətt tərəfdarları HƏMAS-ı məhv etmək məqsədilə Qəzzanın ən cənubundakı Rəfah şəhərinə hərbi hücumu dəstəkləyir. ABŞ və başqaları Qəzzanın 2.3 milyon əhalisinin yarısından çoxunun sığındığı şəhərə hücumun əleyhinə xəbərdarlıq və Qəzzadakı humanitar böhran səbəbilə dəstəklərini azaltmaqla təhdid ediblər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu həftə müharibəni müzakirə etmək üçün Səudiyyə Ərəbisanı və İsrailə səfər edəcək və onun bazar günü İsrailin lazım gəlsə “tək qalacağını” bəyan edən Netanyahu ilə görüşü planlaşdırılıb.

Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan ən son atəşkəs danışıqları nəticə verməyib. Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürməsindən sonra başlayıb. İsrail 100 nəfərin, o cümlədən 30 nəfərin cəsədinin hələ də Qəzzada girov saxlandığını,

Yerli səhiyyə rəsmiləri isə deyir ki, İsrailin hücumu nəticəsində Qəzzada 35 min fələstinli, işğal olunan İordan çayının qərb sahilində isə yüzlərlə insan öldürülüb.

Forum

XS
SM
MD
LG