Accessibility links

İsrail Rəfaha havadan zərbələr endirir


Rəfah, Qəzza zolağı. 10 fevral, 2024.
Rəfah, Qəzza zolağı. 10 fevral, 2024.

Baş nazir Benyamin Netanyahu ordusuna gözlənilən quru hücumundan öncə cənub sərhəd şəhərindən mülki vətəndaşları evakuasiya etmək üçün plan hazırlamağı əmr edəndən sonra, İsrail şənbə günü Qəzza zolağının Rədah şəhərinə havadan zərbələr endirib.

The Associated Press, səhiyyə rəsmiləri və şahidlərə istinad edərək, bildirib ki, Rəfah şəhərində hava hücumlarının evləri vurması nəticəsində 44 nəfər həlak olub. AP deyib ki, ölənlər arasında 10-dan çox uşaq var.

Netanyahunun ofisi cümə günü bildirib ki, orduya Rəfahdakı mülki vətəndaşları evakuasiya etmək və oraya yerləşdirildiklərini bildirdiyini HƏMAS-ın dörd batalyonunu məhv etmək üçün plan tərtib etmək əmri verilib.

“HƏMAS-ın Rəfahdakı dörd batalyonunu saxlamaqla müharibənin HƏMAS-ı yox etmək məqsədinə nail olmaq qeri-mümkündür,” Netanyahu açıqlamasında bildirib. “Əks təqdirdə, aydındır ki, Rəfahdakı intensiv əməliyyat üçün mülki əhalinin döyüş bölgələrin boşaltması tələb olunur.”

Açıqlamada onun planın nə zamana hazır olmasını istədiyi və ya 1.4 milyondan çox fələstinlinin hara təxliyə edə biləcəkləri barədə məlumat verilməyib. BMT rəsmiləri dəfələrlə deyib ki, Qəzzada heç bir yer təhlükəsiz deyil.

Netanyahu bu həftə deyib ki, Rəfah və Xan Yunis şəhərləri “HƏMAS-ın son iki qalasıdır.” HƏMAS ABŞ tərəfindən terror qrupu kimi tanınır.

Rəfah Misirlə sərhəddə yerləşir və oradakı rəsmilər ərazidə hər hansı quru əməliyyatın və ya sərhəddən kütləvi köçkün axının onun İsraillə 40 illik sülh müqaviləsini pozacağı barədə xəbərdarlıq edib.

Rəfah həmçinin Qəzzada humanitar yardımın əsas giriş nöqtəsidir və orada şiddətli döyüş yardım səylərinə əngəl törədə bilər.

Bu arada isə Suriya bildirib ki, İsrailin şənbə günü havadan zərbələri paytaxt Dəməşq yaxınlığında bir neçə obyekti vurub. Dövlət mediası Suriya ordusundan sitat gətirərək bildirib ki, zərbələr İsrailin nəzarət etdiyi Qolan təpəlikləri istiqamətindən endirib. Britaniyada qərargahlanan müharibə müşahidəçisi Suriya İnsan Hüquqları Müşahidə qrupu bildirib ki, hücumlar nəticəsində üç nəfər ölüb.

Zərbələr Yaxın Şərqdə gərginlik HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu və yanvarda İordaniyada Suriya ilə sərhəddə üç ABŞ əsgərinin ölümü ilə nəticələnən dron hücumundan sonra artıb.

Forum

XS
SM
MD
LG