Accessibility links

İsrail qüvvələri Blinkenin səfəri öncəsi Qəzzanın cənubuna və mərkəzinə zərbələr endirib


Israilin bazar ertəsi bildirdiyinə görə, qüvvələri Livanın cənubunda Hizbullaha qarşı hava hücumları da daxil olmaqla, Qəzzanın mərkəzi və cənubunda HƏMAS militantlarına qarşı yeni hücumlar təşkil edib.

Hücumlar İsrail rəsmilərinin İsrailin Qəzzada hərbi əməliyyatlar zamanı mülki əhali arasında itkilərin qarşısını almaq və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün daha çox işlər görülməli olduğunu deyən ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşə hazırlaşdığı vaxt baş verib.

Blinken münaqişənin bölgədə yayılması ilə bağlı narahatlığını da ifadə edib.

Bazar günü Blinken "bu, asanlıqla yayıla biləcək, daha çox qeyri-stabilliyə və daha çox əzaba səbəb ola biləcək bir münaqişədir" deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Nazirlər Kabinetinin həftəlik iclasında çıxışı zamanı döyüşləri davam etdirəcəyinə söz verib.

"Biz bütün məqsədlərə çatana qədər müharibə dayandırılmamalıdır. Bu, HƏMAS-ın ləğvi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağına əminlikdir. Mən bunu həm düşmənlərimizə, həm də dostlarımıza deyirəm" - deyə, o, bazar günü Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.

İsrailin hərbi kampaniyası Qəzza zolağının böyük hissəsini xarabalığa çevirib. HƏMAS-ın idarə etdiyi Qəzzada Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin hücumları 22, 800-dən çox insanın ölümünə səbəb olub. Nazirlik İsrailin militantlar və mülki əhali arasında fərq qoymadığını, öldürülənlərin 70%-nin qadın və uşaq olduğunu deyib.

İsrail oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum etdikdən sonra qruplaşmanı məhv etmək üçün hərbi kampaniyaya başlayıb. İsrail bildirib ki, terror hücumunda 1200 nəfər ölüb, 240 nəfər əsir götürülüb və onlardan 129 nəfərin hələ də Qəzzada HƏMAS və ya digər militantlar tərəfindən saxlanıldığına inanılır.

BMT-nin Fələstinli Qaçqınlar Agentliyi Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən 1,9 milyonu agentliyin Qəzzadakı məntəqələrinə və ya onların yaxınlığına sığınb.

Forum

XS
SM
MD
LG