Qəzzada HƏMAS militantları tərəfindən girov saxlanılan israillilərin ailələri, dostları və tərəfdarları şənbə günü Tel-Əvivin “Girov Meydanı”nda nümayiş keçirərək, İsrail hökumətini girovların sərbəst buraxılması üçün danışıqlar aparmağa çağırırlar.
İsrailin baş naziri Benyamin Netanyahu girovların ölümünü “dözülməz faciə” adlandırıb və “bütün girovların sağ-salamat evlərinə qayıtması üçün böyük səylə” davam edəcəyinə söz verib.
Ordunun baş sözçüsü kontr-admiral Daniel Hagari İsrail əsgərlərinin cümə günü girovları səhvən təhlükə olaraq gördüyünü və onların binadan çıxaraq təhlükə olmadıqlarını göstərmək üçün əllərində ağ bayraq daşıdıqları zaman onlara atəş bildirib
O, girovların onları əsir tutanardan qaçdıqları yoxsa geridə buraxıldıqlarının məlum olmadığını deyib.Onlar İsrail hərbçiləri ilə HƏMAS militantları arasında qanlı döyüşlərin getdiyi Qəzza şəhərinin Şicaiyyə bölgəsində öldürülüb. O, ordunun "dərin kədər" ifadə etdiyini və araşdırma apardığını bildirib.
İsrail ordusunun rəsmisi bildirib ki, İilk iki girov vurulandan sonra, üçüncü şəxs binanın arxasına qaçaraq, ivrit dilində yardım istəyib. Komandir atəşin dayandırılmasını əmr edib, amma açılan başqa bir atəş üçüncü şəxsi öldürüb.
İsrailin Haaretz qəzeti xəbər verir ki, ilkin təhqiqatın nəticələrinə əsasən, üçüncü girovun arxasında binaya gedən əsgərlər onun onları tələyə salmağa çalışan HƏMƏS üzvü olduğuna inanıb.
Adının anonim qalması şərtilə müxbirlərlə danışan ordu rəsmisi deyib ki, əsgərlərin davranışı “bizim qaydalarımıza ziddir.” O bildirib ki, insident ən yüksək səviyyədə araşdırılır.
Girovların necə öldüyü barədə məlumatlar İsrail quru qoşunlarının davranışı ilə bağlı suallar yaradır. Fələsrinlilər bir neçə dəfə İsrail əsgərlərinin dinc sakinlər təhlükəsiz yerə qaçmağa çalışarkən onlara atəş açdığını bildiriblər.
HƏMAS heç bir sübut irəli sürmədən, başqa girovların da daha öncə İsrailin açdığı atəş və ya hava zərbələri nəticəsində öldürüldüyünü iddia edib
ABŞ rəsmilərinin İsraili Qəzzada geniş-miqyaslı bombardman və quru əməliyyatları yerinə daha dəqiq şəkildə HƏMAS liderlərini hədəf almağa çağırmasına baxmayaraq, şənbə günü Qəzzada İsrail qüvvələri ilə HƏMAS arasında şiddətli döyüşlər davam edib.
Qəzzanın şimalında sakinlər şənbə gününə keçən gecə viran qalan Qəzza şəhəri və yaxınlıqdakı Cəbəliyə qaçqın düşərgəsində ağır bombardman və atışma səslərinin eşidildiyini bildirib.
Bundan əlavə gecə boyu Xan Yunis və Rəfah şəhərlərində də hava hücumlarının olduğu və tanklardan atəşin açıldığı bildirilib. Fələstinli mətbuat şənbə günü hava hüucmları nəticəsində onlarla fələstinlinin öldüyünü bildirib.
İsrail ordusu şənbə günü Qəzza şəhərində iki məktəbdə reyd keçirdiyini və onların HƏMAS-ın gizləndiyi yerlər olduğunu bildirib. Cümə günü ordu qoşularının Qəzzanın Şicaiyyə bölgəsində HƏMAS-ın komanda-nəzarət mərkəzini məhv etdiyini və Xan Yunisdə militant infrastrukturuna qarşı “hədəfli reyd” keçirdiyini bildirib.
ABŞ nümayəndəsi
Ağ Evin millitəhlükəsizlik müşaviri Ceyk Sallivan İsrailə səfəri zamanı deyib ki, Vaşinqton İsraili geniş-miqyaslı bombardman və quru əməliyyatları yerinə Qəzzada daha dəqiq şəkildə HƏMAS liderlərini hədəf almağa çağırır.
“Bu mühairbənin başqa mərhələsinə keçid olacaq ki, o, daha dəqiq şəkildə rəhbərliyi hədəf almağa və kəşfiyyata əsaslanan əməliyyatlara yönəldiləcək,” o cümə günü İsrail rəsmiləri ilə iki gün davam edən danışıqlardan sonra müxbirlərə deyib.
“Bunun dəqiq nə zaman və məhz hansı şərtlər altında olacağı Birləşmiş Ştatlarla İsrail arasında davam edən intensiv müzakirələrin bir parçası olacaq,” Sallivan deyib. “Aydındır ki, bunun şərtləri və vaxtı mənim Netanyahu, İsrail hökumətinin digər liderləri və hərbi komandirləri ilə söhbətimin mövzusu idi.”
İsrailin müdafiə başçısı Yoav Qallant cümə axşamı Sallivana deyib ki, Qəzzada onillərdir “yerin altı və üstündə” insfrastrukturunu quran HƏMAS-ı məhv etmək “bir neçə aydan çox” vaxt aparacaq.
“Amma biz qalib gələcəyik, və biz onları məhv edəcəyik,” Qallant deyib.
Sullivan cümə günü İsrail mülki itkiləri azaltmasa, ABŞ-ın hərbi yardımı dayandırıb-qaldırmayacağı ilə bağlı suala cavab verməkdən imtina edərək, razılığa gəlməyin ən yaxşı yolunun şəxsi müzakirələr olduğunu deyib.
İndiyədək, İsrail Müdafiə Qüvvələri Qəzzaya hücumun məhdudlaşdırmasına dair artan qlobal təzyiqlərə müqavimət göstərib.
Sallivan həmçinin cümə günü fələstinli prezident Mahmud Abbasla görüşüb. Görüş zamanı Abbas Qəzzada təcili atəşkəsə və ankalva yardımın artırılmasına çağırıb.
Forum