Bazar ertəsi İsrailin işğalı altında olan İordan çayının qərb sahilində silahlı şəxslərin avtobus və avtomobilə hücumu nəticəsində ən azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Bu haqda İsrailin fövqəladə hallar xidmətləri bildirib.
Hücum fələstinlilərin Əl-Funduq şəhəri yaxınlığında baş verib.
İsrail ordusu bildirib ki, onun qüvvələri hücum edənləri təqib edir və bölgədəki kəndləri mühasirəyə almaq üçün blokadalardan istifadə edir.
İsrailin baş naziri Benyamin Netanyahu həlak olanlara görə başsağlığı və günahkarları tapılacağına söz verib.
"Heç kim qaça bilməyəcək", Netanyahu X-də bildirib.
2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumundan və İsrailin Qəzza zolağında hərbi kampaniyasından sonra İordan çayının qərb sahilində zorakılıqlar artıb.
Fələstinlilərin səhiyyə rəsmiləri bildirir ki, fələstinlilər onlarla israillini öldürdüyü halda, İsrail əsgərlərinin atəşi və israilli sakinlərin hücumları nəticəsində bu müddət ərzində İordan çayının qərb sahilində ən azı 818 fələstinli öldürülüb.
ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi deyib ki, Birləşmiş Ştatlar ABŞ prezidenti Co Baydenin vəzifəsini tərk etməsindən əvvəl Qəzza zolağında atəşkəsə nail olmaq istəyir.
Lakin Blinken deyib ki, əgər o vaxta qədər heç bir sövdələşmə olmasa, o, "bu müqavilənin gec-tez əldə ediləcəyindən əmindir".
Forum