Accessibility links

İsrail prezidenti ABŞ Konqresində çıxış edəcək


İsrail Prezidenti İsaak Herzoqun ABŞ Konqresində çıxış edərək, ABŞ-İsrail arasında əlaqələri alqışlayacağı və “İsrailin 75 illiyini” qeyd edəcəyi gözlənilir.

Bu çıxış ABŞ-ın İsrailin baş naziri Benyamin Netanyahunun İsrailin məhkəmə sistemində islahat aparmaq səyləri və işğal olunan Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin artması ilə bağlı narahatlıqları fonunda baş tutacaq.

ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı ABŞ-ın İsrailə dəstəyini bir daha təsdiqləyən qətnamə qəbul edib. Qətnamə Demokrat qanunverici Pramila Cayapalın şərhlərinə cavab olaraq qəbul edilib. Belə ki, o, İsraili “irqçi dövlət” adlandırıb, daha sonra isə aydınlıq gətirərək, Netanyahu hökumətinin “ayrı-seçkilik edən və açıq-aşkar irqçi siyasət yürütdüyünə və hazırkı hökumətin rəhbərliyində bu siyasəti aparan ifrat irqçilərin olduğuna” inandığını bildirib.

Bir neçə Demokrat qanunverici, o cümlədən Konqresdəki yeganə fələstinli-amerikalı Raşida Tlaib Herzoqun çıxışını boykot edəcəklərini deyib.

Qanunvericilər daha öncə başqa liderlərin nitqlərini boykot ediblər. Buna ötən ay Konqresdə çıxış edən Hindistan baş naziri Narendra Modi daxildir.

XS
SM
MD
LG