Accessibility links

İsrailin hücumu nəticəsində Livanda HƏMAS üzvü ölüb


Çərşənbə günü Livanın cənubunda İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində iki nəfər, o cümlədən HƏMAS silahlı qruplaşmasının üzvü həlak olub.

Zərbə Aralıq dənizi sahili yaxınlığındakı Tir şəhərinin kənarında bir avtomobilə dəyib. Livanın dövlət mediası HƏMAS üzvlərinin militant qrupun olduğu bölgə olan Raşidiyə qaçqın düşərgəsindən olduqlarını müəyyən edib.

İsrail ordusu həmçinin çərşənbə günü Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə hava hücumları həyata keçirdiyini və İsrailin HƏMAS-ı məhv etmək məqsədini həyata keçirərkən Qəzzanın mərkəzində quru əməliyyatları gerçəkləşdirdiyini də bildirib.

Qəzzada HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi çərşənbə günü bildirib ki, İsrailin son sutka ərzində hücumu zamanı daha 88 fələstinli həlak olub. Müharibə oktyabrın əvvəlində başlayandan bəri, nazirliyin məlumatına görə, həlak olan fələstinlilərin ümumi sayı ən azı 31,272 nəfərdir, daha 73,000 nəfər isə yaralanıb.

İsrail polisinin beş nəfərdən ibarət bir qrup fələstinlinin magistral yola atəş bombaları atdığını deməsindən sonra çərşənbə axşamı gecə saatlarında İsrail qüvvələri Qüds yaxınlığındakı əl-Cib kəndində iki fələstinlini güllələyib.

Ayrı bir hadisədə İsrail qüvvələri atəşi nəticəsində Qüdsün kənarındakı qaçqın düşərgəsində baş verən qarşıdurmalar zamanı 12 yaşlı uşağı həlak olub.

Birləşmiş Ştatlar, Qətər və Misir müsəlmanların oruc tutduğu Ramazan ayı bazar ertəsi başlamazdan əvvəl atəşkəs əldə etməyə ümid edirdilər. Bu da İsrailli girovların və fələstinli məhbusların azad edilməsini və Qəzzaya daha çox yardım axınını əhatə etməli idi. Lakin danışıqlar keçən həftə dayandırılıb.

Forum

XS
SM
MD
LG