Accessibility links

İordan çayının Qərb sahilində qanunsuz yaşayış məntəqələrindən sakinlər çıxarılır


İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələrindən sakinləri çıxarmaqda davam edir.

Diqqət insanların məskunlaşdığı Amonada yerləşən sinaqoq olub.

Amona yaşayış məntəqəsini təmizləmək əməliyyatı polisin barrikadalar quran və zabitlərə daş atan yüzlərlə sakin və nümayişçi ilə toqquşmasi ilə başlayıb.

2014-cü ildə İsrailin Ali məhkəməsinin qərarına görə Amona yaşayış məntəqəsi fələstinlilərin torpaqlarında tikilib və fevralın 8-nədək oradakı yaşayış məntəqələri sökülməlidir. Ultra-mühafizəkar İsrail rəsmiləri məhkəmə qərarını dəyişdirməyə çalışıb.

Fələstinlilər yəhudi yaşayış məntəqələrinin inşa edildiyi ərazilərin fələstinlilərin gələcək dövlətinin bir hissəsi olduğunu iddia edir və bu məntəqələrin inşasını sülh danışıqlarına başlıca maneə kimi görür.

İsrail bildirib ki, fələstinlilərin yəhudi dövlətini tanımamaları Yaxın Şərq sülh danışıqlarının qarşısını alır.

Çərşənbə günü baş nazir Benyamin Netanyahu İordan çayının Qərb sahilindəki digər ərazilərdə evakuasiya edilən sakinləri və digərlərini yerləşdirmək üçün 3000 yeni evin inşasını təsdiqləyib.

XS
SM
MD
LG