Accessibility links

İsrail baş naziri ABŞ-a səfər edir


İsrail baş naziri Benyamin Netanyahu sabah Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə danışıqlar aparmaq üçün Vaşinqtona yola düşüb. Bu, İsrailin sərt etiraz bildirdiyi İranla nüvə razılaşmasının əldə olunmasından sonra iki liderin ilk görüşü olacaq.

Hətta iyul ayında razılıq əldə olunmamışdan əvvəl də Netanyahu ABŞ Konqresi qarşısında çıxışı zamanı bu razılığın nə üçün yaxşı saziş olmadığına dair fikirlərini ifadə etmişdi.

“Dostlar, bir ildən artıqdır ki, bizə deyirik ki, heç bir razılıq pis razılıqdan daha yaxşıdır. Bəli, bu, pis razılıqdır. Bu, çox pis razılıqdır. Ən yaxşısı bu razılığı qəbul etməməkdir” - deyə o, martın 3-də Konqres qarşısında çıxış etmişdi.

Prezident Obama Netanyahunun ABŞ-a səfəri zamanı İsraildə seçkilərə səbəb gətirərək onunla görüşməmişdi.

Sabah keçiriləcək görüşdə isə iki lider İsrail və fələstinlilər arasında 6 həftədir davam edən zorakılıqlar haqda müzakirələr aparacaq. Onlar gərginliklərin azaldılması yollarını müzakirə edəcək.

XS
SM
MD
LG