Accessibility links

İsrail baş naziri Afrika ölkələrindən dəstək almağa çalışır


Afrikaya nadir səfər edən İsrail baş naziri Benyamin Netanyahu bu gün Uqandaya səfərinə başlayıb. Səfərin məqsədi həm də 1976-cı ildə ölkədə baş vermiş girov olayı zamanı həlak olan qardaşının xatirəsini anmaqdır.

Netanyahu bu gün 1976-cı ilin iyulun 4-də Fransa Hava Yollarına məxsus təyyarədə girov götürülən ekipaj üzvləri və 100 sərnişinin İsrail komandoları tərəfindən xilas edildiyi Entebbe hava limanına enib. Əməliyyat zamanı İsrail qüvvələrindən yeganə həlak olan şəxs isə baş naziri böyük qardaşı Conatan Netanyahu olmuşdu.

Aeroportun köhnə terminalında təşkil olunan mərasimdən sonra Netanyahu regional liderlərin diqqətini təhlükəsizlik məsələsinə yönəldəcəyi sammitə qatılmağı planlaşdırır.

Əks-terror təcrübəsi və maliyyə yardımının qarşılığında İsrail Afrika dövlətlərindən BMT-də dəstək əldə etməyə çalışır. İsrail Qəzza Zolağının blokadasına və İordan çayının qərb sahilini zəbt etməsinə görə qurumda müntəzəm olaraq tənqidlərə məruz qalır.

Bu gün onun Uqandadan Keniyaya səfər edəcəyi, 4 günlük səfəri çərçivəsində daha sonra Efiopiya və Ruandaya gedəcəyi gözlənilir.

XS
SM
MD
LG