Accessibility links

BMT: İsrail İordan çayının Qərb sahilində tikinti işlərini dayandırmalıdır


BMT rəsmiləri bildirir ki, İsrail və Fələstin arasında uzun zamandır davam edən münaqişənin həlli istiqamətində yeni imkanların yarandığı bir vaxt İsrail İordan çayının Qərb sahilində tikinti işlərini dayandırmasa, bu müzakirələrə mənfi təsir göstərəcək.

BMT-nin siyasi məsələlər üzrə rəsmi nümayəndəsi Cefri Feltman BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib ki, İsrail Qüds ətrafında E1 kimi tanınan ərazidə yeni yaşayış kompleksinin inşasını planlaşdırır.

Fələstin rəsmiləri tikinti işlərinin Qüds və İordan çayının Qərb sahili arasında boş qalan sahələrin də bunun nəticəsində tutulacağını bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun planı saxlamadığı halda, Fələstinlilərin davam edən danışıqlardan çıxa bilməsi təhlükəsi yarana bilər.

Feltman deyib ki, BMT-nin baş katibi Ban Ki Mun İsrail hökümətinin yaşayış kompleksinin inşası planını birdəfəlik donduracağına ümid edir.

Yarım miliyondan çox israilli İordan çayının Qərb sahili və Qüdsün şərqində məskunlaşıb. Bu ərazilər İsrail tərəfindən 1967-ci il müharibəsi zamanı zəbt edilib. Beynəlxalq ictimaiyyət bu ərazilərdə məskunlaşmanın qeyri-qanuni olduğunu hesab edir.
XS
SM
MD
LG