İsrail ordusunun bildirdiyinə görə, İordan Çayının Qərb sahilindəki yoxlama məntəqəsində əsgərləri bıçaqlamağa çalışan iki fələstinli güllə ilə vurularaq öldürülüb.
Sözçü bildirib ki, hücum İordan Vadisinin şimalında baş verib.
Son 3 aydır İsrail qüvvələri fələstinlilərin başlatdığı, bıçaqlama, silahlı basqın bə avtomobil hücumları kampaniyasının hədəfi olub.
İsrail bu gün oktyabrın 3-də Qüdsdə İsrailli rahibi qətlə yetirdikdən sonra öldürülən fələstinlinin evini dağıdıb.
İki gün öncə isə İsrail əsgərləri onları bıçaqlama çalışan 3 fələstinlini Qüds yaxınlığındakı yəhudi yaşayış massivinda öldürmüşdü.