Accessibility links

Şərqi Qüdsdə İsrail polisi və fələstinli nümayişçilər arasında qarşıdurma olub


Şərqi Qüds və bir neçə digər şəhərdə İsrail polisi və fələstinli nümayişçilər arasında qarşıdurma olub. Nümayişlər fələstinli gəncin öldürülməsinə etiraz olaraq keçirilib.

Qətli intiqam olduğundan şübhələnilən fələstinli gəncin dəfn mərasimi dünən keçirilib. Mərasimə minlərlə insan toplaşıb.

İsrail polisi ərəblərin Şuafat məhəlləsində keçiriləcək dəfn mərasimindən sonra daha çox iğtişaşların baş qaldıracağından ehtiyat edərək, hazır vəziyyətə gətirilmişdi.

Məhəmməd Əbu Xudairin cəsədi çərşənbə günü oğurlanmasından 4 saat sonra Qüds meşəsində aşkar edilib.

Fələstinin baş prokuroru autopsiya nəticəsində Məhəmməd Əbu Xudairin yandırılaraq öldürüldüyünü və bədənin 90 faizinin yandığını bildirib.

Mərhum yeniyetmənin atası onun cəsədinin tanınılmayacaq dərəcədə yanmış olduğunu deyib.

İsrail rəsmiləri fələstinli gəncin qətlinin üç israilli yeniyetmənin öldürülməsinə cavab olub-olmadığı ilə bağlı istintaq aparıldığını bildirib.

16 yaşlı yeniyetmənin atası Hüseyin Əbu Xudair üzərində İsrail tərəfindən təhqiqat aparılan oğlunun cəsədinin hələ də ona qaytarılmadığını deyib.

XS
SM
MD
LG