Accessibility links

İsraillilər və fələstinlilər bazar ertəsi Vaşinqtonda danışıqlara başlayır



ABŞ Dövlət Departamenti üç ildə ilk dəfə olaraq İsrail və fələstinlilər arasında danışıqların bərpa edilməsi məqsədilə müzakirəçilərin bazar ertəsi Vaşinqtona dəvət edildiyini bildirib.

Dövlət Departamentinin bildirdiyinə görə, ABŞ Dövlət katibi Con Kerri Fələstin prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti zamanı yüksək səviyyəli müzakirəçilərin birbaşa danışıqların rəsmən başlaması üçün şəxsən Vaşinqtona dəvət edib.

İsrailin Ədliyyə naziri Tzipi Livni və fələstinlilər baş müzakirəçisi Saeb Erekat tərəfləri təmsil edəcək.

Danışıqların bərpası haqda açıqlama İsrailin nazirlər kabinetinin uzun müddətdir həbsdə saxlanılan fələstinli məhbusların azad edilməsi haqda qərar verməsindən sonra verilir.

İsrailin Baş naziri Benyamin Netanyahu kabinet üzvlərinin cidd müqavimətə baxmayaraq, 13 kabinet üzvünün leyihə, yeddi üzvünün əleyhinə, ikisinin isə bitərəf qaldığı səsvermədən sonra məhbusların azad edilməsi haqda qərarın qəbul edilməsinə nail olub.

Səsvermə zamanı leyihə səs vermiş İsrailin Ədliyyə naziri Tzipi Livni məhbusların azad edilməsi fələstinlilər müzakirələrdə ciddi tərfdaş olduqlarını sübuta yetirdiyi zaman həyata keçiriləcək.

Fələstinlilərin prezidenti Mahkud Abbas tərəflər arasında danışıqların başlaması üçün uzun İsrailin müddətdir saxlanılan məbhbusları azad etməli olduğunu bildirib.

İsrail və fələstinlilər arasında danışıqlar 2010-cu ildə fələstinlilərin İsrailin İordan çayının Qərb sahilində yaşayış binalarının inşasına etirazından sonra dayanmışdır. ABŞ Dövlət katibi sülh danışıqlarının bərpası məqsədilə son aylar Yaxın Şərqə dəfələrlə səfər edərək, diplomatik səyləri intensivləşdirmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış - 26 iyul 2021
please wait

No media source currently available

0:00 0:11:16 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG