Accessibility links

İsraillilər və fələstinlilər Qahirədə sülhə dair yeni danışıqlara başlayır


İsraillilər və fələstinlilər Qəzzada döyüşlərə son qoymaq məqsədilə Qahirədə sülhə dair yeni danışıqlara başlayır.

Tərəflər arasında üç gün sürən atəşkəs bazar ertəsinə qədər davam edib. Misir bir ay ərzində 2 mindən çox insanın ölümünə səbəb olmuş münaqişədə tərəflər arasında danışıqlara vasitəçilik edib.

Qəzzanı idarə edən Həmas döyüşçülərinin sözçüsü Sami Əbu Zuhri danışıqları razılığın əldə edilməsi üçün son imkan adlandırıb. İsrail müzakirəçiləri Həmas üzvləri də heyətə daxil olduğu üçün Fələstin nümayəndələri ilə birbaşa görüşmür. Yəhudi dövləti Həması terrorçu qrup hesab edir.

Müzakirəçilər danışıqlar aparan vaxt Qəzzada biznes idarələri və mağazalar yenidən işə başlayıb. Sığınacaqlarda qalan Qəzza sakinləri evlərinə qayıdıb.

BMT-nin Baş katibi Ban Ki Mun atəşkəsi alqışlayıb və İsrail və Həmas qrupunun mülki mülki vətəndaşların naminə münaqişəyə son qoymaq haqda razılıq əldə edəcəklərinə inandığını bildirib.

O deyib ki, BMT Qəzzaya sülh, eləcə də bərpa və inkişaf üçün imkan gətirəcək hər hansı bir razılaşmanın həyata keçirilməsinə hazırdır.

Bundan əvvəl müddəti keçən həftənin cümə günü bitən 72 saatlıq atəşkəs uzun müddətli razılaşmanın əldə edilməsi ilə nəticələnməyib. Misirin vasitəçilik etdiyi danışıqlar zamanı döyüşlərə ara verilsə də, Həmas İsrail ərazisinə raket atmağa davam etmiş, İsrail isə Qəzzada yeni hava hücumları keçirmişdi.

XS
SM
MD
LG