Accessibility links

Netanyahu: İsrail əsgərləri və komandirlərinin Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmasına imkan verməyəcəyik


İsrail Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq səylərinə görə fələstinlilərin cəzalandırılması üçün yeni addımları nəzərədən keçirir.

Fələstinlilərin qərargahı Haaqada yerləşən məhkəməyə qoşulması yəhudi dövlətinə qarşı müharibə cinayətləri ittihamlarının irəli sürülməsinə gətirib çıxara bilər. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü kabinet üzlərinin iclasında hərbi qüvvələrin məhkəməyə verilməsinə imkan verməcəyini bildirib: “Fələstin İdarəsi İsrail dövləti ilə qarşıdurma yolunu seçib və biz də boş oturmayacayıq. Biz İsrail əsgərləri və komandirlərinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılmasına imkan verməyəcəyik. Həmasın müharibə cinayətkarları ilə ittifaq yaratdıqlarına görə ədalət qarşısında cavab verməli olan Fələstin İdarəsinin liderləridir.”

İsrailin bir rəsmisi ölkənin “müdafiədən hücum rejiminə keçməli” olduğunu deyərək bildirib ki, İsrail Fələstin lideri Mahmud Abbas və digər rəsmilərə qarşı Birləşmiş Ştatlar və başqa ölkələrdə məhkəmə işi açmalıdır.

İsrail eyni zamanda, fələstinlilər üçün 125 milyon dollar məbləğində vergi gəlirlərini dondurub. Fələstinlilər bu maliyyədən hökumətin idarə edilməsi və mülki vətəndaşların maaşlarının verilməsi üçün istifadə edir.

Fələstinlilərin danışıqlarda vasitəçisi Saeb Erekat İsrailin bu addımını pisləyərək, bunun fələstinliləri Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq səylərindən yayındırmayacağını bildirib.

XS
SM
MD
LG