Accessibility links

Fələstinli bir sürüçü maşınını İsrail əsgərlərinin üzərinə sürüb


İordan çayının qərb sahilində fələstinli bir sürüçü maşınını İsrail əsgərlərinin üzərinə sürüb. Nəticədə əsgərlərin ona atəş açması nəticəsində həmin şəxs həyatını itirib. Əsgərlərin ikisinin cüzi xəsarət aldığı bildirilir.

Fələstin rəsmiləri hadisəyə münasibət bildirməyib.

Ordu sözçüsü hədəyə dərhal cavab verildiyi və sürücüyə atəş açıldığını təsdiq edib.

Bu kimi hücum dalğası 2015-ci ildən başlayıb. Həmin vaxtdan bəri 261 fələstinli və bir iordaniyalının ölümü qeydə alınıb.

İsrail öldürülənlərin 176 nəfərinin hücumçu, digərlərinin isə hadisə qurbanları olduğunu bəyan edib.

40 israilli, 2 Amerika turisti və 1 britaniyalı tələbə Fələstinlilərin bıçaqlamasının qurbanı olub.

İsrail zorakılıqlara görə Fələstin rəhbərliyini günahlandırır.

Fələstin rəsmiləri isə torpaqlarının 50 illik işğalının fələstinlilərin öz dövlətini qurmaq istəyinin əleyhinə olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG