Accessibility links

ABŞ-ın Qüdsü İsrailin paytaxı kimi tanımasından bəri yüzlərlə fələstinli həbs olunub [Video]


ABŞ-ın Qüdsü İsrailin paytaxı kimi tanımasından bəri yüzlərlə fələstinli həbs olunub
please wait

No media source currently available

0:00 0:01:57 0:00

ABŞ prezidenti Donald Tramp dekabrın 6-sı Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Fələstin ərazilərində gərginlik artıb. O gündən bəri fələstinlilər və israillilər arasında zorakı qarşudurmalarda 12 nəfərin öldüyü, yüzlərlə fələstinlinin həbs olunduğu bildirilir.

15 dekabr tarixində telefonla çəkilən videoda 17 yaşlı Ahed Tamiminin iki İsrail əsgərinə hücum etdiyi görünür.

Bazar ertəsi hərbi məhkəmə onun və videoda olan anasının və qohumunun cümə axşamına qədər saxlanılmaları haqqında qərar qəbul edib.

Video yayılandan artıq ikinci dəfədir ki, məhkəmə Ahedin saxlanılmasının uzadılması ilə bağlı qərar verir.

“Əgər bu həbs videoda nə baş verdiyinin araşdırılması ilə bağlı istinqat üçün edilsəydi, biz bunu görərdik. Lakin polisin və təhlükəsizlik qüvvələrinin davranışı göstərir ki, bu onların cəzalandırılması üçün edilir. Bu yolla onu, ailəsini alçaltmaq istəyirlər. Ümid edirəm, məhkəmə bu gün buna sona qoyacaq.”

ABŞ prezidenti Donald Tramp dekabrın 6-sı Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Fələstin ərazilərində gərginlik artıb.

O gündən bəri fələstinlilər və israillilər arasında zorakı qarşudurmalarda 12 nəfərin öldüyü, yüzlərlə fələstinlinin həbs olunduğu bildirilir.

“Biz İsrail tərəfindən təzyiqlərə öyrəşmişik. Onlar həmişə bizi susdurmağa, bayrağımızı qaldırmağa imkan verməməyə çalışırlar. Biz bura gələrək, mesajımızın aydın olaraq bildiririk. Qüds bizim əbədi paytaxtımızdır.”

Sağçı qanunverici Oren Hazan bazar ertəsi Həmasa etiraz edən israilli qrupun arasında idi.

Qrup İsrail həbsxanalarında saxlanılan fələstinli məhkumları ziyarət etməyə gedən qohumların avtobusunu müvəqqəti saxlayıb.

Hazan avtobusa daxil olaraq ailələr təhqir etməyə başlayıb.

“Biz sizi buradan atacayıq. Güc və zorakılıq daha kömək etməyəcək. Bizi qorxutmursunuz, bizi çəkindirmirsiniz. Üzünüzdəki çirkin təbəssümləri siləcəyik. Bizi narahat etmirsiniz və əgər siz bizim nəzakətli davranışımızı anlamırsınızsa, siz gücü anlayacaqsınız. Biz bunu güc ilə həll etmək qərarı versək, əzab çəkəcəksiniz.”

Qəza Zolağının dominant militant qrupu olan Həmas İsrailin qarşıdurma yaratmasını qınayıb.

XS
SM
MD
LG