Accessibility links

İsrail və Fələstin yaraqlıları yeni hücumlar həyata keçirir


İsrail mayın 18-də Qəzzaə zolağına hava hücumları edib, fələstinli militantlar İsrail tərəfə raket atıb, iki tərəf arasında bir həftədən çoxdur davam edən şiddət dalğası ara vermir.

Son hücumlardan itkilər barədə məlumat verilməyib. İsrailin zərbələri yenidən Qəzza şəhərinə yönəldilib, militantların raket atəşi ilə İsrailin cənubunda sirenalar eşidilib.

Döyüşlər beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb və zorakılığın dayandırılması üçün diplomatik səylərin artırılmasına səbəb olub.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Cosep Borrel münaqişənin deeskalasiyasının ən yaxşı şəkildə necə dəstəklənəyəcəyini müzakirə etmək üçün çərşənbə axşamı Aİ xarici işlər nazirləri ilə danışıqlar aparır.

ABŞ rəsmiləri bölgədəki digər ölkələrlə koordinasiya da daxil olmaqla, vəziyyəti sakitləşdirmək üçün pərdə arxası səyləri barədə danışıblar.

"Biz mümkün qədər tez deeskalasiyaya nail olmaq istəyirik" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib. O həmçinin qeyd edib ki, şiddətə son qoymaq üçün həm İsrail, həm də Həmas addımlar atmalıdır.

"Bunu edə biləcəyimiz ən effelktiv yol səssiz və intensiv diplomatiyadır və bu məqamda diqqətimiz buna yönəlib" - deyə, Psaki əlavə edib.

Bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti zamanı ABŞ prezidenti Co Bayden İsrailin "hədəfsiz raket hücumlarından özünü müdafiə etməsinə" üçün dəstəyini təkrarlayıb, eyni zamanda İsraili "günahsız mülki şəxslərin qorunmasını təmin etməyə" çağırıb.

"Prezident atəşkəsə dəstəyini ifadə edib və bu istiqamətdə ABŞ-ın Misir və digər tərəfdaşları ilə qarşılıqlı əlaqəsini müzakirə edib" - deyə, Ağ Evin bəyanatında bildirilib.

Qəzzanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, mayın 10-da başlayan döyüşlərdə azı 59 uşaq və 35 qadın daxil olmaqla, 200 fələstinli öldürülüb. Raket hücumlarında 6 yaşlı bir uşaq da daxil olmaqla, azı 10 israilli həyatını itirib.

XS
SM
MD
LG