Accessibility links

İsrail 26 fələstinli məhbusu azad edib


İsrail ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş razılığa görə daha 26 fələstinli məhbusu azad edib.

İordan çayının Qərb sahili və Qəzza Zolağına dönən fələstinlilər qəhrəman kimi qarşılanıb. İnsan kütləsi dost və qohumların rəqs etdiyi musiqi sədaları altında keçmiş məhbusları əllərində aparıb.

Məhbuslar həbsdə olan 104 fələstinlinin azad edilməsini nəzərdə tutan dörd mərhələdən ibarət prosesin bir hissəsi olaraq sərbəst buraxılıb.

Fələstinlilərin bir çoxu israilliləri öldürdüklərinə görə həbs edilib. Onların bəzisi 20 ildən çox həbsdə idi. Minlərlə fələstinli dəmir barmaqlıqlar arxasında qalacaq.

Məhbusların azadlığa edilməsi bir çox israilli tərəfindən narazılıqla qarşılanıb. Onlar bu aktı terrorizmin mükafatlandırılması adlandırıb. Lakin İsrailin Ali Məhkəməsi prosesi dayandırmaqdan imtina edib.
XS
SM
MD
LG