Accessibility links

Yəhudi yaşayış məntəqəsində hücumlar həyata keçirən fələstinlilər öldürülüb


İşğal edilmiş İordan çayının Qərb Sahilində hücumlar həyata keçirən fələstinlilər bu gün İsrail qüvvələri tərəfindən öldürülüb.

İsrail ordusunun bəyanatında deyilir ki, fələstinlilərdən ikisi Hebron şəhəri yaxınlığında, yəhudilərin Kiryat-Arba yaşayış məntəqəsində avtobus dayanacağında piyadalara atəşə açarkən öldürülüb. Atışma zamanı bir İsrail əsgəri yaralanıb.

Digər hücum elə həmin dayanacaqda az sonra baş verib. Hərbçilər avtomibili zirehli maşının üzərinə sürən fələstinliyə atəş açaraq öldürüb. Hücum zamanı iki İsrail əsgəri yaralanıb.

Oktyabr ayında fələstinlilərin küçələrdə hücumlar həyata keçirməyə başladığı vaxtdan azı 184 fələstinli, 28 israilli və 2 ABŞ vətəndaşı həyatını itirib.

XS
SM
MD
LG