Accessibility links

BMT Təhlükəsizlik Şürası Qəzzada atəşkəslə bağlı bəyanat qəbul edib [Fotoqalereya]


BMT-nin Təhlükəsizlik Şürası İsrail və Hamas arasında təcili və qeyd-şərtsiz humanitar atəşkəsə çağıran bəyanat qəbul edib.

Təhlükəsizlik Şürası bu qərarı üç həftədir davam edən münaqişənin dayandırılması üçün atəşkəsə dair əldə edilmiş bir neçə razılığın pozulmasından sonraya qəbul edir.

Fələstinin BMT-dəki səfiri Riyad Mansur bəyanatın uzun müddətli atəşkəsə gətirib çıxaracağına ümid etdiyini bildirib. O, Təhlükəsizlik Şurasını İsrail təcavüzünə qarşı daha ciddi ölçülər götürmədiyinə görə tənqid edib.

İsrailin BMT-dəki səfiri Ron Prosor Həmasın İsrailə 2500 raket atdığını və İsrailin bu hücumlar qarşısında qalmadığı halda cavab hücumlarına ehtiyacın olmayacağını bir daha təkrar edib.

İyul ayında başlayan münaqişə 1100 insanın ölümünə səbəb olub. Həlak olanların çoxu Fələstin sakinləridir. İsrail 43 əsgərinin və üç mülki vətandaşının öldüyünü bildirib.

Tərəflər arasında şənbə günü əldə olunan 12 saatlıq atəşkəsin sona çatmasından sonra bazar günü hücumlar yenidən başlayıb.

ABŞ presidenti Barak Obama bazar günü telefon söhbəti zamanı İsrailin baş naziri Benyamin Netanyahuya ərazidə mülki vətəndaşlar arasında təlafatın artması ilə bağlı narahatlığını bildirib. O, İsrailin təhlükəsizliyinin və Qəzza zolağında humanitar böhranının həllinin əhəmiyyətini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG