Accessibility links

İsrail Həmasa qarşı hava hücumlarını bərpa edib


İsrail Misirin atəşkəs təkflifinə razı olduqdan bir neçə saat sonra Qəza zolağına Həmasa qarşı hava hücumlarını bərpa etdiyini bildirib.

İsrail hərbi qüvvələrinin bildirdiyinə görə, əsgərlər altı saat hücumu dayandırıb, lakin yararqlıların Həmasın nəzarət etdiyi Qəzzadan İsrailə 50 raket atmasından sonra buna cavab verib. İsrail raketlərdən müdafiə sisteminin üç şəhər üzərində raketləri tutduğunu bildirib.

İsrailin Xarici İşlər naziri Aviqdor Liberman italiyalı həmkarı ilə raket atılan şəhəri ziyarəti zamanı ölkəsinin özünü müdafiə etmək hüququ olduğunu deyib.

ABŞ Dövlət katibi Con Kerri Həması gərginliyin azaldılmasından imtina etməkdə günahlandırıb.

İsarilin Baş naziri Benyamin Netanyahu yaraqlıların razlığa əməl etməməyə davam etsə, bir həftə davam edən kampaniyanı genişləndirməyə hazır olduğunu deyib.

XS
SM
MD
LG