Accessibility links

İsrail Həmasın Qəzzədəki tunelini dağıdıb


İsrail ordusu bazar günü Həmas militantlarının hücumlar həyata keçirmək üçün Qəzzə zolağında qazdığı tüneli dağıtdığını bildirib.

Ordu tünelin bir hissəsini 2014-cü ildə baş verən Qəzzə müharibəsi zamanı dağıtdığını, Həmasin isə onu yenidən bərpa etməyə çalışdığını bildirib.

Ordu sözçüsü podpolkovnik-leytenant Conatan Konrikus deyib ki, Həmasın tunellelərinin yenidən emalı səmərəsiz və Qəzzə sakinlərinə yardım etmək üçün istifadə oluna biləcək resursların israfı olardı.

Konrikus deyib ki, ordu heç bir partlayıcıdan istifadə etməyib və tüneli istifadəyə yararsız vəziyyətə gətirmək üçün sərhədi keçməyib.

Həmas sözçüsü bildirib ki, İsrail “saxta nailiyyətlərini reklam edərək” İsrail ordusu və Qəzzə zolağı yaxınlığında yaşayan israilliləri ruhlandırmağa çalışır.

XS
SM
MD
LG