Accessibility links

Qüdsdə “Yaddaş Qığılcımları” adlı sərgi açılıb [Video]


Qüdsdə “Yaddaş Qığılcımları” adlı sərgi açılıb
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Qüdsdə ilk dəfə dövlət tərəfindən maliyyələşdirilən II Dünya Müharibəsi zamanı təqib edilən və faşist rejimi tərəfindən məhv edilən 6 milyon yəhudi Holokost qurbanlarının fotoşəkillərindın ibarət sərgi açılıb.

Müxtəlif yerlərdə və müxtəlif insanlar tərəfindən çəkilən bu şəkillərin bəziləri dəhşətli, bəziləri isə ilhamvericidir. Yad-Vaşemdə yanvar ayında açılan bu sərgi ilin sonunadək davam edəcək.

Yad-Vaşem Holokostun daha aydın şəkildə başa düşülməsi üçün sənədləşdirilmiş məlumatları insanlara yeni texnologiya vasitəsilə çatdırmağa çalışır.

Dünya Holokostu Anma Mərkəzində açılan “Yaddaş Qığılcımları” adlı sərgidə insanları bu şəkillərin kimlər tərəfindən və nə üçün çəkildiyi sualı maraqlandırır.

Burada nümayiş etdirilən 1500 şəkil üç qrupa bölünür - faşistlər və digərləri tərəfindən çəkilənlər. Bunlar faşist qurbanları olan yəhudilər tərəfindən, bunlar isə ölüm düşərgələrini faşistlərdən azad edən müttəfiq ordu əsgərləri tərəfindən çəkilib.

Sərgidə gettolarda öz xalqının əzabını əks etdirməyə çalışan yəhudi fotoqrafların işləri də əks olunur.

Burada Birləşmiş Ştatlar və digər müttəfiq ordu əsgərlərinin Holokostun dəhşətlərini və müharibə cinayətlərini gələcək məhkəmədə sübut etmək üçün çəkdikləri fotolar nümayiş etdirilib.

Sərgidə eləcə də nasist fotoqraflarının və montajçılarının yəhudilərin aşağı irqə mənsub olduğunu təlqin etmək üçün gördüyü işlər sərgilənir. Yad Vashem-in sədri Avner Şalev: “Bu sərgi insanlara buradakı şəkillərə başqa gözlə baxmağa imkan verir. Onlara düşünmək və fotoqrafın gözü ilə baxmaq imkanı verir.”

Holokost imiclərinin manipulyasiyası yalnız II Dünya Müharibəsinə aid deyil. İran liderlərinin Holokostu inkar etdiyi və onun dəhşətlərini aşağılamağa səy göstərdikləri ölkələrdəndir.

İranın ali dini lideri Ayətulla Əli Xameneyi 2016-cı ildə öz vebsaytında yerləşdirdiyi videoda Holokostun reallığını sual altına almışdı. O, Holokostu inkar edən şəxslərin Qərbdə təqibə məruz qaldığını vurğulayırdı.

Xameneyinin rəhbərliyi altında İran hökuməti ilə bağlı qruplar soyqırımı satiraya mərquz qoyan karikaturaların sərgilərini təşkil edib. 2016-cı ilin mayında Tehranda təşkl olunan belə sərgilərdən birində sərginin qaliblərinə bürünc heykəlciklər verilmişdi.

Yad Vaşem ümid edir ki, bu şəkillər dünyanı faşist Almaniyasının fotoqrafiyanın gücündən istifadə edərək milyonlarala yəhudini necə təqib etməsi və öldürməsi haqda maarifləndirəcək.

Bu sərgi həm də insanlara Holokostla bağlı şəkillərdən propaqanda məqsədləri üçün necə sui-istifadə edildiyini xatırladır.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG