Accessibility links

Benyamin Netanyahu: İranı iddialarından əl çəkdirməyin yeganə yolu sanksiyaların sərtləşdirilməsidir


Israilin baş naziri Benyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İranın nüvə proqramına dair narahatlığını dilə gətirib.

Baş nazir deyib ki, İran nüvə silahı əldə etmək cəhdlərini davam etdirir və İsrail Tehranın nüvə ambisiyalarından müdafiəyə tək qalxacaq.

Netanyahu bildirib ki, İranı iddialarından dinc yolla əl çəkdirməyin yeganə yolu sanksiyaların sərtləşdirilməsidir.

İsrail lideri dünya ictimaiyyətini İrana qarşı təzyiqlərin artırılmasına çağırıb. O, Ruhanini “qoyun dərisi geymiş qurd” adlandırıb. Baş nazir ona inanmaq istədiyini və diqqətini yeni prezidentin əmllərinə yönəldəcəyini deyib.

Bundan əvvəl Netanyahu ABŞ prezidenti Barak Obama ilə görüşündə bildirib ki, İran Qərblə danışıqların getdiyi bir vaxt nüvə proqramını inkişafını davam etdirsə, İrana qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir.

İsrail lideri həmçinin deyib ki, İranın nüvə proqramının hərbi aspektlərindən imtina etməsi vacibdir. İran belə bir məqsədinin olduğunu inkar edir.

Barak Obama bildirib ki, İran ona qarşı qüvvədə olan sanksiyaların ləğvi üçün uran zənginləşdirməsini dayandırdığını sübut etməlidir. O, dünya güclərinin İran ilə açıq danışıqlar aparacağını və İsrail ilə məsləhətləşəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG