Accessibility links

Mahmud Abbas sülh danışıqlarının bərpası məsələsini Fələstin liderlərilə müzakirə edir


Müzakirələr Fələstin prezidentinin ABŞ dövlət katibi ilə görüşündən sonra keçirilir

Fələstinlilərin prezidenti Mahmud Abbas ölkənin digər liderləri ilə İsrail arasında sülh danışıqlarının bərpasını müzakirə etmək üçün görüş keçirib.

Mahmud Abbasın Fələstinlilərin Azadlıq Təşkilatının liderləri ilə danışıqları onun ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra baş verib. Cənab Kerri danışıqların bərpası barədə müsbət fikirlər səsləndirib.

İsrail prezidenti Şimon Peres cənab Kerrinın danışıqların bərpası ilə bağlı müsbət atmosfer yaratmasını alqışlayıb.

Kerri 2010-cu ildə dayandırılmış İsrail-Fələstin danışıqlarının bərpasını xarici siyasət sahəsində prioritet məsələlərdən biri edib. ABŞ Dövlət katibinin sözlərinə görə, Ərəb Liqasına daxil olan ölkələrin xarici işlər nazirləri ona regionda və dünyanın başqa yerlərində qeyri-sabitliyin başlıca səbəblərindən birinin Fələstin-İsrail münaqişəsi olduğunu deyiblər.

Con Kerri sülh planının bir hissəsinin tərəflərə sülhün verəcəyi töhfələr və xüsusilə də Fələstin iqtisadiyyatına təsir göstərəcək bir sıra təklifləri göstərməkdən ibarətdir.
XS
SM
MD
LG