Accessibility links

İsrail raket hücumlarına cavab olaraq Livana havadan zərbələr endirib


Israil ordusu və Livan rəsmilərinin bildirdiyinə görə, Israil raket hücumlarına cavab olaraq cümə axşamı Livana hava zərbələrini artırıb.

İsrail ordusu verdiyi açıqlamada reaktiv təyyarələrinin raketlərin atıldığı və keçmişdə İsrailə hücum etmək üçün istifadə edilən yerləri hədəf aldığını bildirib. İsrailin Müdafiə Ordusu (IDF) Livan dövlətini İsrail ərazisini atəşə tutmaqda günahlandırıb və "İsrailin mülki vətəndaşlarına və İsrailin suverenliyinə zərər vurma cəhdlərinə" cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Livanın cənubunda bir gecədə həyata keçirilən hava hücumları siyasi baxımdan həssas bir dövrdə baş verib. İsrailin yeni səkkiz partiyalı koalisiya hökuməti may ayında Qəzzada Həmas liderləri ilə 11 günlük müharibəni sona çatdıran kövrək bir atəşkəsi qorumağa çalışır. Bu həftə Livandan raket hücumundan öncə də İsrailin şimal sərhədinə bir neçə başqa insident baş verib. Birləşmiş Ştatlar İsrailə qarşı hücumları qınayıb.

Hücum Livanın bir çox böhrana batdığı bir vaxta təsdüf edib. Belə ki, ölkə viranedici iqtisadi və maliyyə böhranı ilə üzləşir, eyni zamanda isə ölkədə çıxılmaz siyasi bir vəziyyət yaranıb ki, bunun nəticəsində Livanda bir ildir funksional bir hökumət yoxdur.

Livan Prezidenti Mişel Aun İsrailin hava qüvvələrindən istifadə edərək Livan kəndlərini hədəf almasına işarə edərək, bunun "2006 -cı ildən bəri ilk dəfə baş vərdiyini və Livana qarşı təcavüzkarlıq və eskalasiya məqsədi daşıdığını" deyib. O, açıqlamasında Livanın bununla bağlı BMT-yə şikayət təqdim edəcəyini bildirib.

İsrail və Livanın Hizbullah qrupu 2006-cı ildə, əksəriyyəti mülki vətəndaş olmaqla, 1200-ə yaxın livanlının və, əksəriyyəti əsgər olmaqla, təxminən 160 israillinin ölümünə səbəb olan, bir ay davam edən dağıdıcı bir müharibə aparıb.

XS
SM
MD
LG