Accessibility links

İsrail Mavi Mərmərə gəmisində həlak olanlara təzminat ödəməyə razılıq verib


İsrailin Haaretz qəzetinin məlumatına əsasən İsrail höküməti Türkiyəyə 2010-cu ildə Qəzzaya gedən Mavi Marmara gəmisində reyd zamanı həlak olanlara 20 milyon dollarlıq təzminat ödəməyi təklif edib.

Qəzet məlumatı Qərb diplomatlarına əsaslanaraq yaydığını bildirib. Turkiyədən İsrailin təklifinə hələlik cavab bildirilməyib.

İsrail və Türkiyə əlaqələri Qəzzaya humanitar yardım aparan Mavi Mərmərə gəmisinə edilən hücumdan sonra pisləşib. İsrail höküməti Türkiyənin blokadanı pozduğu üçün İsrail hərbi qüvvələrinin özlərini müdafiə məqsədli atəş açdığını bildirib.

Ankara hadisə zamanı həlak olan 9 nəfər və bir neçə yaralı üçün təzminat və rəsmi üzr tələb edib.

Haaretz qəzeti bildirib ki, danışıqların dəfələrlə təxirə salınmasına baxmayaraq keçən ilin dekabr ayında İsrail rəsmilərinin İstanbula səfər edərək təzminat tələbinin aşağı salınmasına nail olublar.

Qəzet xəbər verir ki, Türkiyə 30 miliyon dollar təzminat tələb etmişdi. Bu məbləğ İsrailin ilkin olaraq ödəməyə razı olduğu məbləğdən iki dəfə çox olub.

Xəbərdə həmçinin İsrail baş naziri Benyamin Netanyahunun 20 miliyon dollar təkliflə razılaşdığını və nümayəndə heyətinə lazım olarsa əlavə 3 miliyon dollara qədər artırmalarına icazə verib.

Haaretz qəzetində yayılan məlumatda deyilir ki, təzminat birbaşa həlak olanların ailələrinə ödənməyəcək. Məbləğ humanitar yardım təşkilatına ödənərək, daha sonra ailələrə paylanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG