İsraildə yəhudi dini festivalında ölənlərə görə matəm elan edilib, bayraqlar yarıya endirilib. Hazırda 45 nəfərin vəfatının məsuliyyətini kimin daşıdığına dair suallar qalxıb.
Yəhudi ənənəsinə uyğun olaraq, cənazələr mümkün qədər gecikmə olmadan dəfn edilib.
Meron dağındakı cümə fəlakətinin qurbanlarının 20-dən çoxu şəxsiyyətləri müəyyənləşdirildikdən sonra bir gecədə torpağa verilib.
Yüz min ultra-ortodoks yəhudi 2-ci əsrdə yaşamış müdrik ravvin Şimon Bar Yoçainin türbəsində gecə boyu ibadət edib, mistik mahnılar və rəqslər etməyə çalışarkən böyük bir sıxlıq yaranıb.
Şahidlərin sözlərinə görə, insanlar keçiddə nəfəssiz və tapdaq altında qalıb. COVID-19-la əlaqədar edilən xəbərdarlığına baxmayaraq, izdiham Meron Dağı yamacına axışıb.
Magen David Adom (MDA) təcili yardım xidmətinin verdiyi məlumata görə, yaralılar helikopterlərlə İsrailin şimalındakı xəstəxanalara çatdırılıb. İsrail ordusu bildirir ki, axtarış xilasetmə qrupları və tibbi işçilər əraziyə güclə çata bilib.
Təcili yardım əməkdaşları izdihamın vəlvələyə düşməsi nəticəsində 100-dən çox adamın yarlandığını xəbər vərib.
Ölənlər arasında uşaqların da olduğu bildirilib.
ABŞ səfirliyi ölənlər arasında amerika vətəndaşlarının olduğunu desə də, adlarını açıqlamayıb.
Amerika mətbuatı bir vətəndaşın 19 yaşlı şəxs olduğuna dair xəbər ayayıb.
Kanadanın Baş naziri Castin Trudo 2 Kanada vətəndaşının öldüyünü bildirib.
ABŞ Prezidenti Co Bayden və Fələstin Prezidenti Mahmud Abbas da daxil olmaqla, dünya liderləri İsrailə bağsağlığı bildirib.
İsrailin vəfizə müddəti mayın 5-də başa çatacaq Baş naziri Benyamin Netanyahu ciddi istintaq aparılacağına vəd verib.