Accessibility links

İsrail Qəzza zolağını atəşə tutub


İsrail fələstinlilərin 3 raketinə cavab olaraq tanklar və təyyarələrlə Qəzza zolağını atəşə tutub. Hücum Fələstin və İsrailin hərbi mənbələri tərəfindən təsdiq edilib.

Hücumlar prezident Trampın Qüdsü İrailin paytaxtı kimi tanınmasını elan etməsinə etiraz olaraq 4 gündür keçirilən aksiyalardan sonra edilib.

Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı elan etməsi və Amerikanın Tel-Əvivdəki səfirliyini bu şəhərə köçürməsi barədəki qərarını elan etməsindən sonra İsrail Qüdsə əlavə təhlükəsizlik qüvvəsi yeridib.

Trampın qərarı fələstinlilərdən əlavə Yaxşın Şərqdə bir çox ölkə tərəfindən pislənib.

Tramp adminitstrasiyası iki dövlət variantını dəstəklədiyini, lakin səfriliyin Qüdsə köçürülməsinin müzakirələrə mane olmayacağını elan edib.

Bu günkü atəş mübadiləsində tələfat olub-olmadığı barədə məlumat verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG