Accessibility links

İsrail Qəzzaya hava zərbələri endirib


Çərşənbə günü İsrail ordusu Fələstin ərazisindən yanğın şarları atılmasına cavab olaraq Qəzza zolağına hava hücumları həyata keçirib.

Silahlı qruplaşma Həmas ilə əlaqəli yerləri hədəf alan zərbələr 11 gün davam edən zorakılıqların dayandırılması məqsədi ilə keçən ay əldə edilən atəşkəsdən bəri bu ilk hücum olub.

Həmas İsrail millətçilərinin çərşənbə axşamı Şərqi Qüdsdə yürüş planını həyata keçirəcəyi təqdirdə hərəkətə keçəcəyi barədə xəbərdarləq etmişdi.

Yüzlərlə insan Göz yaşı divarına yürüş etməzdən əvvəl Qüdsün köhnə şəhərinin Şam qapısında toplaşıb.

Yürüş iştirakçılarının bəzisi "Ərəblərə ölüm" şüarları səsləndirib. Bu isə İsrail Xarici İşlər Naziri Yair Lapidin narazılığına səbəb olub. O, Twitter-də bu cür hərəkətlərin "rüsvayçılıq", yəhudiliyə və ya israilli olmağa yaraşmadığını yazıb.

Yürüş öncəsi polis Şam qapısının yanından keçən, lakin ora daxil olmadan müsəlman məhəlləsinə girməyən bir marşrutu təsdiqləmişdi. Bu qapı israillilərlə fələstinlilərin aprel və may aylarında toqquşduğu qaynar nöqtə idi.
Bu toqquşmalar yəhudilər və müsəlmanlar tərəfindən müqəddəs sayılan Məscidül-Əqsa kompleksinə yayılmışdı.

May ayında gərginlik Həmasın İsrailə raket atması ilə başlamış, 250 fələstinli və 13 israillinin öldüyü 11 günlük müharibəyə səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG