Accessibility links

İsrail məhkəməsi orduya qarşı şikayəti rədd edib


İsrail məhkəməsi orduya qarşı şikayəti rədd edib. Şikayət 2003-cü ildə Qəzza zolağında Fələstin tərəfdarı nümayişlər zamanı öldürülən amerikalı Reyçel Korrinin valideynləri tərəfindən edilmişdi. Onlar 23 yaşlı qızlarının qəsdən və qanunsuz şəkildə öldürüldüyünü iddia edir.

Hakim Oded Gerşon Reyçelin ölümünə görə təəssüfünü bildirsə də, müharibə vəziyyəti olduğu üçün dövlətin bunun məsuliyyətini daşımadığını deyib. Hakim deyib ki, Reyçel bölgənin müharibə zonası olduğunu və ametikalılara dəfələrlə xəbərdarlıq verildiyinə baxmayaraq Qəzzaya səfər edib.

Gerşon hadisi ilə bağlı lazımı istintaq aparıldığını deyərək, ailənin rəmzi olaraq 1 dollarlıq təzminat tələbini rədd edib.

Reyçel fələstinlilərin evlərinin uçurulmasına etiraz olaraq keçirilən nümayişdə iştirak edb.

BMT-nin bildirdiyinə görə, İsrail ordusu həmin vaxt 17 min insanı evsiz qoymuşdu. Bu, beynəlxalq ictimaiyyətin ciddi tənqidləri ilə qarşılanmışdı.
XS
SM
MD
LG