Accessibility links

İslamçı liderlər müsəlmanları Qüdsün müqəddəs məbədə girişi boykot etməyə çağırıb


İsrail ötən həftə Qüdsün müqəddəs məbədində ərəblərin həyata keçirdiyi ölümçül hücumun ardınca müqəddəs yerin girişinə dəmiri qeydə alan qurğu yerləşdirdikdən sonra islamçı liderlər müsəlmanları bu müqəddəs yerə gedişi boykot etməyə çağırıb.

İsrail müsəlman və yəhudilərin müqəddəs hesab etdiyi bu yerdə təhlükəsizlik tədbirlərini gücləndirib.

“Şübhəli fərdlərin məbədə daxil ola bilməmələri üçün burada yoxlama məntəqələri və dəmiri qeydə alan qurğular yerləşdirilib və biz bu müqəddəs yerdə təhlükəsizlik tədbirlərini qüvvədə saxlamaqda davam edəcəyik.

Müqəddəs məbəd təhlükəsizlik məntəqələrindən keçmək şərti ilə müsəlmanlara açıq olacaq. Məbəd ziyarətçilər, turistlər və yəhudilər üçün də açıqdır”- deyə, İsrail polisinin sözçüsü, Miki Rosenfeld bildirib.

Cümə günü üç müsəlman ərəb məbəddə iki polis zabitini güllələyərək öldürdükdən sonra bağlanmışdır.

Məbəddə dini məsələləri idarə edən İordaniyanın İslamçı rəhbərliyi müsəlman qruplarla birgə müsəlmanları dəmiri qeydə alan qurğular məsçiddən yığışdırılanadək məsçidin girişində ibadət etməyə çaığırıb.

XS
SM
MD
LG